Alo Dayə

Peşəkarlıq hər zaman brenddir! Xüsusilə də söhbət, xalqın və dövlətin gələcəyi olan uşaqlardan gedirsə. Azərbaycanda peşəkar dayə yetişdirən və bu dayələrlə xidmət göstərən tək şirkət olan “ALO DAYƏ” gülərüz, səmimi, qayğıkeş, təhsilli, psixoloji və pedaqoji seminarlardan keçmiş professional yardımçıları övladınızın qayğısı üçün hazırlayır. Valideyn və dayələrlə hüquq müqaviləsi bağlayaraq hər iki tərəfin hüququnu qoruyan, sizi rahatlıq və güvənlə təmin edən “ALO DAYƏ” şirkəti istənilən sorğu və təkliflərinizə açıqdır. Həmçinin hər hansı fors-major sorumluluğu da şirkətimiz daşıyır. Azərbaycanda bir ilkə imza atan “ALO DAYƏ” şirkəti valideynlərlə bərabər övladlarını da düşünür. Şirkətin təklif etdiyi dayələr uşaqların yaş qrupuna görə pedaqoji və psixoloji təlimlərdən keçmiş, sağlamlıq arayışı ilə təmin edilmiş peşəkarlardır. Şirkətə zəng edərək, istər müəyyən zaman ərzində, istər bütöv, amma yalnızca bir gün, istərsə də aylıq dayələrlə əməkdaşlıq edə bilərsiniz. Təcili bir işiniz olduğunda nənə, xala, bibi, rəfiqə, qonşu axtarışına çıxmağa ehtiyac yoxdur. Uşağımı kimə əmanət edim deyə düşünməyin. Zəng edin, dayə ünvanınıza təyin edilsin. “ALO DAYƏ” şirkəti dayənin və ailənin məsuliyyətini daşıyır. “ALO DAYƏ” ilə övladınız əmin əllərdə!!