Təlimlər

"ALO DAYƏ" şirkətinin təlimində iştirak edən dayələrə pedaqoji, psixoloji tərəfdən yanaşma, həmçinin ilkin tibbi yardım dərsləri tədris olunur. 0-6 yaş arası uşaqların gigiyenik baxımı, fiziki inkişafı, psixoloji yanaşma metodları, nitq inkişafı həmçinin yaş kateqoriyasına uyğun zehni inkişaf etdirici zəka oyunları öyrədilir. Yaş kateqoriyasına uyğun davranış metodları, isterika yaradan uşaqlara yanaşma üsülları, autizm sendromlu və digər davranış pozğunluqları olan uşaqlarla işləmə prinsiplərinin incəlikləri tədris edilir. Bundan başqa yaş qrupuna görə düzgün qidalanma yolları, yuxu rejimi, düzgün zaman ayrımı ilə dayələr mütəmadi olaraq bilgiləndirilir.