Dili seçin

W3Schools W3Schools W3Schools
Slide background

SƏHİFƏMİZƏ XOŞ GƏLMİSİZ!

Slide background

İLK RƏSMİ DAYƏ ŞİRKƏTİ!

Slide background

HƏR ZAMAN XİTMƏTİNİZDƏYİK!

Slide background

ALO DAYƏ DEMƏNİZ YETƏR!

Slide background

ANA QƏDƏR DOĞMA !

XİDMƏTLƏRİMİZ

BİZİM...

Yüzlərlə körpənin qayğısına qalan, əyləndirən, valideynlərin olmadığı yerlərdə onlarla dost olan, birlikdə oyunlar qura bilən dayələrimiz məhz valideynlərin tələbləri və görmək istədikləri kimi yetişdirilir. Saatlıq, günlük və aylıq xidmətlərimizlə, istədiyiniz gün və saat aralığında Alo Dayə xidmətinizdədir!

Aylıq

Dayəlik məktəbini keçmiş dayələrin fərqini, bizim şirkət təqdim edir.

Günlük

İstədiyiniz məkana istədiyiniz saat müddətinə şirkət tərəfindən cavabdehlik olunan dayələrimizi göndəririk.

Oyun Dostu

“Oyun Dostu” layihəsində oyun dostlarımız övladlarınıza necə oyun qurmaq lazım olduğunu, dost olmaq bacarıqlarını öyrədirlər.

Uşaqlarda qayğı anlayışı

Uşaqlıq illəri insan həyatının ən sürətli inkişaf illəridir. Bu illərdə fiziki, zehinsel, sosial və duyğusal gəlişimin təməlləri atılır. Uşaq ətrafını tanımağa, çevrəsindəki münasibətləri özü anlamağa, olaylara qarşı baxış mövqeyini qazanmağa və hadisələri analiz etməyə çalışır. Bu inkişaf müddətində uşağın çevresəl şərtlərə görə qayğı anlayışı da formalaşır. Qayğı duyğusu valideynlərin, müəllimlərinin və dostlarının davranışlarına görə artıb və yaxud azalır...

HAQQIMIZDA

İlk rəsmi dayə şirkəti...

Peşəkarlıq hər zaman brenddir! Xüsusilə də söhbət, xalqın və dövlətin gələcəyi olan uşaqlardan gedirsə. Azərbaycanda peşəkar dayə yetişdirən və bu dayələrlə xidmət göstərən tək şirkət olan “ALO DAYƏ” gülərüz, səmimi, qayğıkeş, təhsilli, psixoloji və pedaqoji seminarlardan keçmiş professional yardımçıları övladınızın qayğısı üçün hazırlayır. Valideyn və dayələrlə hüquq müqaviləsi bağlayaraq hər iki tərəfin hüququnu qoruyan, sizi rahatlıq və güvənlə təmin edən “ALO DAYƏ” şirkəti istənilən sorğu və təkliflərinizə açıqdır. Həmçinin hər hansı fors-major sorumluluğu da şirkətimiz daşıyır. Azərbaycanda bir ilkə imza atan “ALO DAYƏ” şirkəti valideynlərlə bərabər övladlarını da düşünür. Şirkətin təklif etdiyi dayələr uşaqların yaş qrupuna görə pedaqoji və psixoloji təlimlərdən keçmiş, sağlamlıq arayışı ilə təmin edilmiş peşəkarlardır. Şirkətə zəng edərək, istər müəyyən zaman ərzində, istər bütöv, amma yalnızca bir gün, istərsə də aylıq dayələrlə əməkdaşlıq edə bilərsiniz. Təcili bir işiniz olduğunda nənə, xala, bibi, rəfiqə, qonşu axtarışına çıxmağa ehtiyac yoxdur. Uşağımı kimə əmanət edim deyə düşünməyin. Zəng edin, dayə ünvanınıza təyin edilsin. “ALO DAYƏ” şirkəti dayənin və ailənin məsuliyyətini daşıyır. “ALO DAYƏ” ilə övladınız əmin əllərdə!!

BLOQERLƏRİN FİKİRLƏRİ

Dayələr

Şirkət Dayəsi

Şirkətin qəbul etdiyi hər bir kadr peşəkar mütəxəssislər və psixoloqlar tərəfindən seçilir. Seçilən kadrlar şirkətin psixoloqlar, pediatrlar və pedaqoqlar tərəfindən təşkil etdiyi təlimlərə qatılırlar. Bu təlimlərdə iştirak edən kadrlar sonda imtahan verərək sertifikatla təmin olunurlar. Şirkətin hər bir kadrı şirkətlə rəsmi müqavilə bağlayır və şirkətin rəsmi işçiləridir. Bir sözlə təqdim olunmuş dayə kadrı şirkətlə bağladığı müqavilə əsasında işləyir. Övladlarınızın yaş və ayına uyğun olaraq mütəxəssislər tərəfindən tərtib olunmuş Aylıq proqramla işləyirlər. Kadrlar haqqında məlumatlar şirkət tərəfindən yığılır və sağlamlıq haqqında chek upları şirkətin əməkdaşlıq etdiyi "Sağlam Ailə" klinikasında olur.

Məlumat

Musiqi

Uşaqlar üçün hərəkət etmək vacib ehtiyacdır. Musiqi sədaları altında, musiqi dinləyərək edilən hərəkətlər dinləmə, diqqət və konsentrasiya kimi bir çox xüsusiyyətləri inkişaf etdirir. Uşaqlar sadəcə dinləyərək deyil, mahnı oxuyaraq, ritm tutaraq da musiqidən faydalana bilərlər.

Hər bir uşağın musiqi inkişafının formalaşmasında təlimin əsasını musiqi məşğələləri təşkil edir. Musiqi məşğələlərində uşaqların aldıqları bilik, bacarıq və vərdişlərin nəticəsində onların müstəqil musiqi fəaliyyəti də fəal və maraqlı qurulur, bayram və şənlikləri, istirahət və əyləncə saatları müvəffəqiyyətlə keçir və proqrama qarşıda qoyulan tələblərdən və bağçada təlim-tərbiyə alan uşağın yaş səviyyəsindən asılı olur.

Musiqi təhsilinə erkən başlamanın bir çox faydası var. Musiqi, uşaqların özlərini və duyğularını ifadə etmələrinə yardımçı olur. Erkən yaşda musiqi təhsilinə başlamaq uşağı kontrollu olmağa, ifadə və musiqi duyumu mövzusunda avantaj sağlıyır.

Nitq

Uşaqlar ətrafındakı səsləri, nitqi dinləyərək dili və danışmağı öyrənirlər. Körpə uşaqlar səsə qarşı çox hissiyatlı olurlar. Onlarla danışarkən düzgün və səlis nitqdən istifadə olunmalıdır, çünki körpə danışılan hər şeyi başa düşür, beyninə yığır və lazım olduğu sizə cavab verəcək.

Erkən dövrlərdə uşaqlar səsə qulaq asır, tanıyır və eşitdiyi səsləri təqlid etməyə başlayır. Yaş artdıqca qrammatik cəhətdən düzgün cümlələr qurmağa başlayırlar və əşyaları qruplaşdırırlar.

Uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmalıdır, yəni nitqdə olan qüsurlar vaxtında valideynlər və ya mütəxəssislər tərəfindən aşkarlanmalı və korreksiya edilməlidir.

Yemək

Uşaqlar,qida və qidalanma üzrə araşdırma 5 yaşına çatmayan hər 3 uşaqdan ən azı 1-nin yetərsiz qidalandığını və ya artıq çəkiyə malik olduğunu göstərir.6 aydan 2 yaşa qədər olan uşaqların əksəriyyətinin sürətlə böyüyən orqanlarını və beyinlərini dəstəkləyən qida ilə qidalanmır. Bu onları zəif beyin inkişafı, zəif öyrənmə,zəif immunitet və infeksiyaların artması halı ilə üz-üzə qoyur.

Uşaqlar 6aylıq sədhə çatdıqdan sonra yumşaq və ya bərk qidalara keçməyə başlayanda, onların əksəriyyəti səhv qidalanma təcrübəsi ilə üzləşir.Dünya üzrə göstəricilərə baxsaq, 6aydan 2 yaşa qədər uşaqların 45%-inə heç bir meyvə və ya tərəvəz verilmir. Təxminən 60%-i heç bir yumurta,süd,balıq və ya ət məhsulları yemir.

Uşaqlar doğulduqdan 6-12 saat sonra ona ana südü verilməlidir.Yarımçıq doğulan uşaqlar,zəif doğulanlar, doğuş travması ilə zədələnən uşaqlar sağılmış isti südlə qaşıq və ya pipetka vasitəsilə qidalandırılmalıdır. İlk gündən düzgün qidalanma rejiminin təyin edilməsinin böyük əhəmiyyəti var.1-1,5 aylıqdan başlayaraq uşaqlara giləmeyvə, meyvə və tərəvəz şirəsi verilməlidir. 3-3,5 aylıqdan pomidor,gavalı,ərik,albalı şirəsi vermək olar.

Üzgüçülük

Üzgüçülük elə bir idman növüdür ki, uşaqdan böyüyə hər kəs məşğul ola bilər. Erkən yaşlardan üzgüçülük ilə məşğul olmaq daha sağlam və gümrah olmaq deməkdir. Əgər siz övladınız üçün zərərsiz idman növü axtarışındasızsa, üzgüçülük əa seçimdir.

Üzgüçülük məşqlərinə 5 aylıq körpələri yazdırmaq olar. Lakin onu da bilməlisiz ki, bu yaşda uşaq üzməyi öyrənmir. Suda ilkin vərdişləri yaranır və suyu sevib sevmədiyini anlamış olursuz. Suda olan körpə isə gecə yuxusunu rahat yatmış olur.

2-3 yaşdan etibarən uşaqlara üzməyi öyrətmək olar, lakin mütləq şəkildə bunu oyun şəraitində etmək lazımdır. 4 yaşa qədər məşqlər çox ciddi olmamalıdır. Şərait yaradın uşaqlar suda istədikləri kimi oynayıb suyu sevsinlər. Peşəkar üzgüçülük dərslərinə isə 4-7 yaşdan etibarən uşaqları yazdıra bilərsiniz.

Oyun

Əyləncəli oyun şəklində verilmiş bilik uşaqlar tərəfindən daha tez, möhkəm və asan qavranılır. Oyun elə bir təlim növüdür ki, burada uşaq aktiv və yaradıcı şəkildə cəmiyyətin davranış qaydalarını və normalarını, insanların əməyə, ictimai əmlaka münasibətini, insanlar arasında qarşılıqlı münasibətləri öyrənir. Oyun - uşaqların sosial davranışına, onların həyata və bir-birinə olan münasibətlərinin formalaşmasına əsaslı təsir edir.

Kiçik yaşlı uşaqlar analardan xüsusi qayğı tələb edir. Uşaqlar böyüdükcə hər şeylə maraqlanmağa başlayır, yəni əyləncələr istəyir. Onların inkişafı üçün inkişafetdirici oyunlardan istifadə edilməlidir. Oyun uşaq fəaliyyətinin əsas hissəsidir. Məhz oyunlarla uşaqlar yeni bilik və bacarıqlara yiyələnirlər.

Hər yaş dövründə uşaqlarla oyun oynamaq onların inkişaf etməsi üçün çox əhəmiyyətlidir.

BİZİM Blog

Qİymət Paketlərİ

20 / saat

Saatlıq

  • 1 uşaq
  • 4 /saat
  • artıq saat/ +5 ₼
  • 2 ci uşaq / +5 ₼
500 / ay

Aylıq

  • 1 uşaq
  • 9:00-18:00 /saat
  • 2 ci uşaq / +50 ₼

Şİrkətİmİzİn üstünlüklərİ..

"Alo Dayə" şirkəti işinə məsuliyyətli yanaşması üçün dayənin işinə davamlı nəzarət edərək, hüquq müstəvisində hüquqlarınızı qoruyaraq, müştərinin hər zaman şikayət və təkliflərini alıb həll edərək, uşaqların yaş kateqoriyalarına görə hər ay dayəni təkmilləşdirib, günlük və aylıq proqram təmin edərək hər zaman övladınızın və sizin xidmətinizdədir!

Əlaqə

İNFORMASİYA

[email protected]

055(070)5976500

Nərimanov r-nu, Ə.Rəcəbli küç 18A,

Baku Office Center

Bİzə yazın

Sara xanım Aylıq xidmət
Günel xanım Günlük xidmət
Övladınızı bizə əmanət edin 😇
×
Sifariş et