BİZİM BLOQLAR

Aprel 1, 2021

Uşağına əsəbləşən ana yoxdur..

Heç bir ana əslində uşağına əsəbləşmir. Bir ana yarım qalmış işlərinə, tör-töküntü olan evə, çatdıra bilmədiyi baxıma, evdən sərbəst çıxa bilməməyinə, yoldaşı ilə zaman keçirə bilməməyinə əsəbləşir. Bir ana Ruhunun bəslənə bilmədiyinə, tükənmiş enerjisinə, ehtiyacı olub əldə etmədiyi istirahətə əsəbləşir. Bir ana özünü daha enerjili, daha xoşbəxt, daha pozitiv olmayan ana modelinə əsəbləşir.

Aprel 1, 2021

Heç bir şey olmamış kimi davranmağı necə öyrəndik?

Bizi döydüklərində "ağlama" dedilər. Mənasını belə anlamadığımız şeylər üçün azarladılar və sonra heçnə olmamış kimi qucaqlamağımızı gözlədilər. Onlar bizə istədikləri kəlmələri istifadə etdikdən sonra incidiyimiz, qırıldığımız və kədərləndiyimiz üçün günahkar olduğumuzda, valideynlərimiz nə edərlərsə etsinlər, onları sevmək məcburiyyəti hiss etdirdiklərində, "Sən balacasan" deyib susdurulduğumuzda, "Sən uşaqsan, bilməzsən" deyib şəxsiyyətimizin var olmasına şübhə etdirdiklərində..

Aprel 1, 2021

Anaların həyatında uşaqların rolu..

Uşaqların dünyaya gəlməsi ilə valideynlərin həyatı kökündən dəyişikliyə məruz qalır. Bu dəyişiklik ən çox da anaların həyatında baş verir. Artıq günün 24 saatı analara zaman olaraq yetmir. Yuxusuz gecələrdə xərclənən enerji demək olar ki, şəxsi həyata qalmır. Bu illərlə belə olub. Artıq analar özlərinə aid planları təxirə salmaqla “Uşaqlar böyüyəndə edərəm” deyərək həyatlarından çıxardırlar. Artıq biz anaların qayğısına qalmaq üçün heç bir planı, baxımı, şəxsi inkişafı, tədrisi arxana plana atmağa gərək yoxdur.